"Prezident seçkilərinin təxirə salınması barədə müzakirələr gedir" - MİLLƏT VƏKİLİ AYDINLIQ GƏTİRDİ

27 Fevral 2023 11:30 (UTC+04:00)

“Türkiyədə baş verən dağıdıcı zəlzələ Türkiyənin daxili həyatının bütün sahələrinə ciddi təsir etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, hazırda Türkiyədə Prezident seçkilərinin keçirilməsi və yaxud da təxirə salınması ilə bağlı ciddi müzakirələr gedir: “Hesab edirəm ki, bu məsələni Türkiyə cəmiyyətinin özü həll etməlidir. İnanırıq ki, həll edə biləcəklər də. Türkiyənin min illiklərdən gələn dövlətçilik siyasəti, oturuşmuş demokratik ənənələləri, istənilən məsələni həll etmək üçün ictimai razılıq mexanizimləri var. Biz bu proseslərdə türk qardaşlarımıza uğurlar arzulayırıq. Bugünkü ağır günlərdə Azərbaycan Türkiyənin yanındadır və dəstəkdir”.