Badmintonçular beynəlxalq turnirdə gümüş medal qazanıblar

27 Fevral 2023 10:31 (UTC+04:00)

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda International Challenge 2023” turnirində gümüş medal qazanıblar. Federasiyadan SİA-ya verilən məlumata görə, onlar kişi badmintonçuların qoşa kateqoriyasında beynəlxalq turniri ikinci pillədə tamamlayıblar.

Mübarizəyə 1/16 finaldan başlayan cütlük İsveçrə, Maldiv adaları, Norveç və Fransanı təmsil edən rəqiblərinə qalib gələrək finala yüksəliblər.

Edi-Ezmi tandemi həlledici görüşdə Tailand badmintonçularına 0:2 (19:21,18:21) hesabı ilə məğlub olublar.