Nurgül Yeşilçay möhtəşəm serialla ekranlara qayıdır - FOTOLAR

27 Fevral 2023 06:14 (UTC+04:00)

Aktrisa Nurgül Yeşilçay "Veda Məktubu" adlı serialla ekranlara qayıtmağa hazırlaşır. SİA xəbər verir ki, aktrisanın baş rolda oynadığı serial real həyat hekayəsi əsasında hazırlanıb. Layihə sabah axşam Türkiyə saatı ilə 20:00-da Kanal D-də nümayiş olunacaq.

Serialda həmçinin əslən azərbaycanlı olan aktyor Səlim Bayraktar və "Yaprak Dökümü"ndən tanıdığımız aktrisa Bennu Yıldırım da rol alıb.