Peyvənd olunanların sayı AÇIQLANIB

27 Fevral 2023 00:47 (UTC+04:00)

Son gündə Azərbaycanda koronavirus əleyhinə 175 vaksin vurulub. Bu barədə SİA-yaNazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 59, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 68, pozitiv nəticədən sonra “Buster doza” peyvənd olunanların sayı isə 12 nəfərdir.

Bu günədək vurulan peyvəndlərin ümumi sayı 13 948 730-dur.