Azərbaycanı "2011-ci ildə “Avroviziya”da təmsil edən, müğənni Nigar Camala yolda hücum olunub. SİA xəbər verir ki sənətçi bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, KİA markalı avtomobili idarə edən şəxs onun yolunu kəsib. Sonra sürücü avtomobildən enərək müğənniyə yaxınlaşıb. Ondan pəncərəni açmağı tələb edərək avtomobilə zərbələr endirib, güzgünü sındırıb.