"Azərbaycan xalqı sınmadı, əyilmədi" - BAHAR MURADOVA

26 Fevral 2023 14:06 (UTC+04:00)

"Bu gün Azərbaycan xalqının o cümlədən bəşəriyyətin tarixində ən qanlı insan əleyhinə olan cinayətlərdən olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Buradova bildirib.

Onun sözlərinə görə, bütün dünya ölkələrində azərbaycanlı insanlar yaşayır və onlarda bu hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Xocalı soyqırımının qurbanları hər il olduğu kimi dərin ehtiramla yad edilir. Biz bu 31 ilin hər gününü haqq üçün və ədalətin bərpası naminə hər bir prosesləri həyata keçirtdik. Bu gün artıq biz qalib bir xalq kimi Xocalı faciəsini qeyd edirik. İnanırıq ki, tarixi torpqlarımıza vətəndaşlarımızın qayıdışı prosesidə layiqincə həyata keçiriləcək. Ona görə ki, Azərbaycan xalqı bu cür faciələrdən sınmadı, əyilmədi.