"Xocalı hadisəsi bütün dünyanın gözü önündə baş verib" - MƏZAHİR PƏNAHOV

26 Fevral 2023 13:38 (UTC+04:00)

"Xocalı faciəsi bütün dünyanın gözü önündə baş verib". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, Xocalı hadisələri ilə əlaqədar olaraq sənədlərdə bütün dünya ictimaiyyətinə çatdırılıb, lakin bununla bağlı lazımı qiymət verilməyib: "Bildiyiniz kimi Ermənistanın prezidenti bu hadisələrlə bağlı qeyd etmişdir ki, biz bu hadisələri qəsdlə və bilə-bilə törətmişik. Onlar Xocalının üzərindən etnik təmizlə siyasəti həyata keçirtmək istəyirdilər. Bunun nəticəsində də bizim 1 milyona qədər dinc əhalimiz Qarabağı və onun ətraf ərazilərini tərk etmək məcburiyyətində qalmışdır".