Manaf Ağayevin ailəsində ağır itki baş verib

26 Fevral 2023 04:37 (UTC+04:00)

Müğənni Manaf Ağayevin ailəsində ağır itki baş verib. SİA xəbər verir ki, bu haqda aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib. O bildirib ki, ifaçının bacısının həyat yoldaşı Akif Quliyev vəfat edib. Onun ölümünə səbəb ürəkçatışmazlığı olub.