Bürclərə inananlar oxusun...

25 Fevral 2023 17:34 (UTC+04:00)

Bu arada astroloqlar fevralın son günlərində üç bürcün nümayəndələri üzərinə bir sıra çətinliklər və problemlər düşəcəyini bildiriblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu bürclər altında doğulanlar yaxın günlərdə problem yaşayacaqlar.

Beləliklə, balıqlar bu günlərdə pis əhval-ruhiyyədə olacaqlar. Bəlkə də ailə üzvlərinin hərəkətlərindən əsəbiləşib və ya qəzəblənəcəklər.

Astroloqlar xəbərdarlıq edir ki, həddindən artıq qıcıqlanma balıqların məqsədlərinə çatmasına mane olacaq.

Yaxın günlərdə şir bürcü altında doğulanlar üçün də hər şey yaxşı olmayacaq Belə ki, onlar bir sıra problemlər üzündən narahat olacaq və emosiyalarını saxlaya bilməyəcəklər.

Ulduz biliciləri vəziyyətdən əl çəkməyi və baş verənlərin əsl səbəblərini başa düşməyi tövsiyə edirlər.

Qeyd edək ki, qız bürcü altında doğulanları da bəd xəbərlər gözləyir. Bürcün nümayəndələrinin üzərinə planlaşdırılmamış iş düşəcək və onların özlərinə ümumiyyətlə vaxtı olmayacaq.

Ulduz mütəxəssisləri Qız bürclərinə emosional boşalmağı və mövcud vəziyyətin öhdəsindən gəlmək üçün hərəkətə keçməyi tövsiyə edirlər.

Nazlı Almuradova