“Netflix” üzvlük haqlarını azaldıb

25 Fevral 2023 11:46 (UTC+04:00)

Dünyaca məşhur “Netflix” üzvlük haqlarını azaldıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə platformanın idarə heyətinin yekun iclasında bildirilib.

Qeyd olunub ki, şirkət izləyicilərini itirməmək üçün belə bir addım atıb. “Netflix” 30 ölkədə 50%-ə qədər endirim edib.

Xatırladaq ki, siqment bir müddət əvvəl Türkiyədə ilk dəfə 2023-cü ildə abunə haqqını artırıb və paket qiymətlərini təxminən 40 faizədək bahalaşdırıb.