KOBİA Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi ilə memorandum imzalayıb - FOTOLAR

24 Fevral 2023 17:18 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə KOBİA-nın sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

"Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində KOBİA və Özbəkistanın Sahibkarlığın İnkişafı Agentliyi arasında KOB-lar üçün birgə təlim proqramları, sahibkarlıq subyektlərinin inkişafı üzrə tədbirlərin icrasına dair Anlaşma Memorandumunu imzaladıq", - O.Məmmədov qeyd edib.