QİÇS-dən necə qorunmaq olar? - ARAŞDIRMA

24 Fevral 2023 17:01 (UTC+04:00)

QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) qan və qorunmayan cinsi əlaqə yolu ilə keçən, orqanizmin müxtəlif toxumalarında yerləşə bilən, lakin immunitet sisteminə əsas təsirlərini göstərən virusdur.

Onunla əlaqəli digər limfa sistemi xəstəlikləri:

- Diffuz Böyük B Hüceyrəli Lenfoma.
- Burkitts Lenfoması.
- İlkin Effuziya Lenfoması.
- HHV ilə əlaqəli multisentrik xəstəlik.
- Castleman xəstəliyi
- Hodgkin Lenfoma.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Xəstəliyin simptomları nələrdir?

QİÇS virusu fərdə keçdikdən 2-4 həftə sonra o, qızdırması, bədəndə müxtəlif ağrılar və qripə bənzər xəstəliyin əlamətlərini göstərir. Bu, o deməkdir ki, immunitet sistemi virusla mübarizə aparır. QİÇS simptomları orqanizmin ilkin reaksiyaları aradan qalxdıqdan sonra illər ərzində özünü göstərməyə bilər.

QİÇS qan və ya ana südü, sperma, boşalmadan əvvəl maye, vaginal və rektal maye ilə ötürülür. Bu səbəbdən cinsi əlaqə yolu ilə keçmə riski yüksək olan virusdur. Virus bədənə daxil olduqdan sonra bir ay ərzində kəskin inkişaf edir və sonradan müalicə olunmazsa, orqanizmdə çoxalmağa davam edir.

QİÇS olan biri cinsi əlaqədə ola bilərmi?

Ziyil yox olana qədər cinsi əlaqəyə girməyin. Vaginal bölgədə ziyil olanların ziyillər tamamilə yox olana qədər cinsi əlaqəyə girməmələri lazımdır. Əgər cinsi əlaqəyə girəcəklərsə, əlaqə zamanı prezervativdən (qoruyucudan) istifadə etmək tövsiyə olunur.

Partnyorumuzda QİÇS varsa, nə etməliyik?

Aşağı riskli QİÇS növləri aşkar edilərsə və ya virus aşkar olunmazsa, dərhal peyvənd edilməli və müalicə bitənə qədər cütlük prezervativlə qorunmalıdır. Yüksək riskli növü aşkar edilərsə, kolposkopiya aparılmalı, zəruri hallarda biopsiya və ciddi izləmə protokolları ilə xəstə uşaqlıq xərçəngindən qorunmalıdır.

QİÇS boşanma səbəbidirmi?

QİÇS-in insana keçməsi üçün tam cinsi əlaqəyə ehtiyac yoxdur, anal əlaqə və hətta oral əlaqə virusun ötürülməsi üçün kifayətdir.

QİÇS peyvəndi olduqdan sonra cinsi əlaqədə olmaq olarmı?

QİÇS virusu riski cinsi fəaliyyətin başlanğıcı ilə ifadə edilir. Ona görə də həmin şəxs 25 və ya 30 yaşında olsun, cinsi fəaliyyətə başlamamışsa, yenə də bu peyvənddən faydalana bilər. Cinsi fəaliyyətə başladıqdan sonra peyvənd almağın mənası yoxdur.

Virus öz-özünə yox olur?

Ziyillərin özbaşına keçmə qabiliyyəti yoxdur. İnsan tərəfindən fərq edilən kimi onu müalicə etmək lazımdır ki, virus çox yayılan və yoluxucu xüsusiyyətlərə malik olmasın.

Kişilər QİÇS-dən necə qorunur?

Digər cinsi yolla keçən xəstəliklərin bir çoxu prezervativlərin istifadəsi sayəsində həm qadınları, həm də kişiləri qoruya bilsə də, QİÇS virusuna qarşı qoruyucu vasitə ilə qorunmaq halı təəssüf ki, minimaldır. Ziyillər yumurtalıqlarda və ya qasıq nahiyələrində də ola bildiyi üçün prezervativ istifadə edilsə belə, qarşı tərəfə keçə bilər.

QİÇS virusu kişilərdə nə edir?

Daha çox cinsi əlaqə yolu ilə keçən QİÇS kişilərdə ağız, farenks, anus və penis xərçənginə və cinsiyyət orqanında ziyillərə səbəb olur. Erkən diaqnoz və düzgün planlaşdırılmış müalicə virus ilə mübarizə aparmaq mümkündür.

Ər QİÇS-dirsə xəyanət edir?

Bildirilib ki, kişilər tərəfindən ötürülən QİÇS virusuna yoluxmuş, cinsi əlaqə yolu ilə yoluxan və qadınlarda uşaqlıq boynu xərçəngi ilə ölümcül nəticələrə səbəb olan hər qadın əri tərəfindən aldadılmır.

Vəkil Turan Abdullazadə: “Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Ailə Məcəlləsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
AR Cinayət Məcəlləsinin 140-cı maddəsinə əsasən, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması - iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Həkim-infeksionist Leyla Əmrahova: “AİDS -HİV pozitiv insanların heç bir müalicə almadıqda həyatlarının irəliləyən dönəmlərində T limfositlarin (CD4 hüceyrələrin) azalması ilə immun sistemin çökməsi və bir çox opportunistic (fürsətçi) infeksiyalar üçün açıq hala gəlməsidir. Normal sağlıqlı insanlarda CD4 hüceyrələri 500-1600 olduğu halda, AİDS-li xəstələrdə bu hüceyrələrin sayı 0-a qədər azala bilir.

AİDS HİV virusu səbəbilə əmələ gəlir, lakin hər HİV pozitiv insanda AİDS olmur. Belə ki, müalicə nəticəsində xəstəliyin bu mərhələyə gəlmə ehtimalı azdır.

HİV qan, ana südü, sperma, vaginal və rektal mayelər ilə yoluxur. Cinsi yolla yoluxma ehtimalı isə daha çoxdur.

Virus orqanizmə daxil olduqdan sonra kəskin əlamətlər verir və bu dövrdə müalicə edilmirsə, orqanizmdə çoxalmağa davam edir. Kəskin dövrdən sonra 10-15 il səssiz olaraq seyr edə bilir və bu dövrdə heç bir klinik əlamətlər olmur. Lakin xəstə bu dövrdə digər şəxsləri yoluxdura bilir. Bu dövrdə də müalicə edilməzsə, xəstəlik üçüncü mərhələyə keçir. Bu mərhələdə artıq xəstənin immun sistemi zəifləmişdir və digər infeksiyalara qarşı müdafiəsizdir. HİV ətraf mühitə qarşı dözümsüzdür. 57 dərəcədə 2 dəqiqəyə, 100 dərəcədə isə ani müddətdə tələf olur. Eyni zamanda, bütün dezinfeksiyaedici maddələrə qarşı həssasdır və günəş şüasının təsirindən asanlıqla ölürlər”.

Ayşən Vəli