Kiçik Akademiyanın birinci yarımillik hesabatı keçirilib - TƏDBİR-FOTOLAR

24 Fevral 2023 12:32 (UTC+04:00)

Bakı şəhəri Səbail rayonu 7 nömrəli orta məktəbdə Kiçik Akademiyanın hesabat iclası keçirilib. SİA xəbər verir ki, Kiçik Akademiyanın rəhbəri İlahə Hüseynovanın təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə elmi rəhbərlərin dəstəyi ilə şagirdlər müxtəlif tədqiqatlarını nümayiş etdiriblər.

Fizika fənni üzrə elmi rəhbər Məleykə Məmmədova, Steam fənni üzrə elmi rəhbər Naidə Xələfova, Texnologiya fənni üzrə elmi rəhbər Sədiqqə Hüseynova, Kimya fənni üzrə elmi rəhbər Şəfiqə Hüseynova, İnformatika fənni üzrə elmi rəhbər İlahə Hüseynova və digərləri müxtəlif mövzular ətrafında çıxışlar ediblər.

Daha sonra şagirdlər Amin İsmayıl, Tunar Usubəlizadə, Yaşar Hüseynov, Məryəm Məmmədzadə, Gülnaz Cavadova, Bənövşə Mirzəyeva, Azad Piriverdiyev, Murad Qasımov və başqaları elmi tədqiqat işlərini əyani şəkildə təqdim ediblər.

Şagirdlərin hazırladığı tədqiqat işləri qonaqlar və iştirakçılar tərəfindən bəyənilib.

Tədbir sonda müzakirələrlə davam etdirilib

Nurcan İsmayılova