QİÇS xəstəliyi nədir və necə yaranır? - İNFEKSİONİST AÇIQLADI

24 Fevral 2023 12:15 (UTC+04:00)

“Qiçs xəstəliyi insanın immun çatışmazlığı virusu tərəfindən törədilir. Qiçs bu virusun bədənə daxil olmasından sonra immun sistemi çatışmazlığı səbəbindən yaranan bir xəstəlikdir”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev bildirib.

İnfeksionistin sözlərinə görə, bu xəstəliyə qazanılmış immun çatışmazlığı sindromu deyilir: “Ruslar buna “spit”, ingilislər isə “ets” deyir. Bu viruslar immun sisteminin hüceyrələrinə birləşərək həmin hüceyrələrin sayını azaldır ki, bu fonda da bədənimiz hər hanssısa bir xəstəliyə qarşı müqavimətsiz olur. Bu xəstəliyə yoluxmuş insan adi qripi belə çox ağır formada keçirir. Nəticə etibari ilə də bu da həmin insanın ölümünə səbəb olur. Bu xəstəlik 198-ci ildə ilk dəfə Amerikada aşkar edilib. Bu virusa qarşı müəyyən müalicə metodu mövcuddur. Lakin bu xəstəlik xironiki olduğundan bu virusa yoluxanlar virus əleyhinə dərmanlar qəbul etməlidir. Bu xəstəlik daha çox cinsi yolla, qanla, qan vasitəsi ilə istifadə olunan əşya ilə yayılır. Məhz bu səbəbdən əsasən narkotik vasitələrdən istifadə edən insanalarda bu xəstəlik daha çox olur. Çünki narkomanların çoxu eyni şpirsdən istifadə edir bununla da xəstəlik birindən digərinə keçə bilir. Bu xəstəlik anadan övlada da keçir.

Bu xəstəlikdən qorunmaq üçün insanlara məlumatlar verilməlidir bunun əlamətləri və yol açdığı fəsadlar barədə hamı məlumatlı olmalıdır. Qiçs virusunu daşıyan şəxslər kimləsə cinsi əlaqəyə girməməli, bu hal baş verdiyi zamanda mütləq şəkildə qoruyucudan istifadə olunmalıdır ki, partnyoruna keçməsin. Avropada bununla əlaqədar olaraq müəyyən dərmanlar var ki, virus daşıyıcı olan şəxs davamlı şəkildə riski cinsi əlaqədə olursa həmin o dərman preparatlarından istifadə etməlidir”.