"Rəqəmsal İdarəetmə Platforması Komissiyanın fəaliyyətinin səmərəliliyini artıracaq" - QURUM RƏSMİSİ DANIŞDI

24 Fevral 2023 10:39 (UTC+04:00)

"Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması müasir çağırışlara adekvat ekosistemin yaradılması məqsədilə maraqlı tərəflərin aktiv və koordinasiyalı iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılmasını, müxtəlif kommunikasiya kanallarının vahid rəqəmsal platforma ilə əvəz olunmasını, potensial islahat sahələrinin analitik innovativ alətlər vasitəsilə avtomatik müəyyən edilməsini təmin edəcək". SİA xəbər verir ki, bu sözləri “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev deyib.

V. Şıxəliyev bildirib ki, Rəqəmsal İdarəetmə Platforması həmçinin Komissiyanın fəaliyyətinin səmərəliliyini, çevikliyini və proseslərin şəffaflığını daha da artırmağa imkan verəcək.