"Xocalı soyqırımı yaxın keçmişin qanlı və ən unudulmaz soyqırımıdır". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Xocalıda yaşayan yeddi min azərbaycanlı 25-dən 26-a keçən gecə böyük bir erməni soyqırımına məruz qalmışdır: "7 min insanın yaşadığı Xocalı qəsəbəsi bir günə xəritədən silinmişdir. Rəsmi qeydlərə görə, 83 uşaq, 106 qadın 70 yaşlı insan olmaqla 663 azərbaycanlı türkü şəhid edilmişdir.
Qış vaxtı çox çətin şərtlərlə Xocalı əhalisi məcbur köç etməli oldular. Xocalıda diri-diri yandırılaraq uşaqlar, qadınlar, qocalar işgəncələrlə şəhid edilmişdir. Son 100 ilin ən böyük qətliamı soyqırımı deyə bilərik. Bunu Qərb dünyası soyqırım qarşısında kar, lal, kor davranaraq heç bir reaksiya verməmişdilər. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xocalıda şəhid edilənlər türk olduğu üçün bu qətliama məruz qalmışdılar. Onlar türk millətinin şəhidləridir. Ancaq 44 günlük Vətən müharibəsindəki qələbə ilə Xocalının da qisası alınmışdır. Axan qan yerdə qalmadı. Misli ilə biz ermənilərə ödətdik. Türk dünyası üçün böyük bir faciədir. Bu faciəni unutmadıq və unutdurmayacağıq. İnsanlıq var olduqca Xocalı soyqırımı yaddaşda qalacaqdır".