Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub

23 Fevral 2023 14:37 (UTC+04:00)

Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub.

SİA-nın məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Arzu Bəndəliyeva Sumqayıt Tibb Mərkəzinin direktor müavini təyin olunub.

Qeyd edək ki, A.Bəndəliyeva bu təyinatadək Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.