Aysel Teymurzadənin yeni fotoları yayılıb

23 Fevral 2023 07:14 (UTC+04:00)

Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra müğənnilik karyerası ilə vidalaşan Aysel Adıgözəlzadənin (Teymurzadə) yeni fotoları yayılıb. SİA xəbər verir ki, sosial mediada Aysellə fotolarını paylaşan müğənni Rilaya Hüseynzadə ona olan sevgisini də dilə gətirib: "İllər keçib, amma sən eynisən. Çünki içində sevgi var. Övladlarımızla gəzintini səbirsizliklə gözləyirəm", - sözlərini yazıb.

Qeyd edək ki, Ayselin Xalq artisti Murad Adıgözəlzadə ilə evliliyindən 3 övladı var.