Bu arada latış müğənni Laima Vaikule Tel-Əviv hava limanında görüntülənib.
Təbii ki, paparistlər tərəfindən şəkili çəkilərək sosial şəbəkələrdə yerləşdirilən müğənni barədə rus saytları mənfi rəy yaratmağa çalışıblar.
SİA xəbər verir ki, rus məlumata görə, Vaikule şişmiş” və “doldurulmuş” görünürmüş.
Şayiələrə görə, ulduz müğənni xərçənglə mübarizə aparır və müntəzəm olaraq müalicə olunur.
Qeyd edək ki, fərziyyələr, Vaikulenin başını parik və papaqla örtdüyü fotoşəkillər, eləcə də yeni qısa saç düzümü səbəbiylə ortaya çıxıb.
Buna baxmayaraq, İsraildə Laimanın üç konserti var.
Onu da qeyd edək ki, bu Rusiyada Vaykule yaradıcılığının keçmiş pərəstişkarları müğənninin ona şöhrət və sərvət gətirən Rusiyanı tərk etməsindən sonra onu pisləyənlərə çevriliblər.
Maraqlıdır ki, dəfələrlə xaricdə olan müğənni, əhəmiyyətli bir şəxs olduğu ölkə haqqında dəfələrlə xoşagəlməz danışmaqda davam edir. Hətta o, rus dilindən imtina etməyə çalışaraq, Yeni il münasibətilə təbrikini latış dilində etdi.
Deyim ki, rusları qane edənsə budur ki, Ukrayna dilini öyrənməyə söz verən Vaykule, hələ də bu dildə danışa bilmir.
Nazlı Almuradova