Pike və sevgilisi bahalı restorandan qovulub

22 Fevral 2023 20:14 (UTC+04:00)

Futbolçu Jerard Pike yeni sevgilisi Klara Çia Martini Los-Ancelesdəki bahalı yapon restoranına aparmağa qərar verib, lakin nə qədər təəccüblə də olsa, sən demə, o, çox uğursuz seçim edibmiş. Belə ki, restoranın sahibi Pikenin keçmiş sevgilisi müğənni Şakiranın böyük pərəstişkarlarından biri olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu u barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

...Və məlum olub ki, restoran sahibi dərhal cütlüyə yaxınlaşaraq onlara xidmət göstərməkdən imtina etdiyini bildirib. Maraqlıdır ki, bunlar azmış kimi, restoran sahibi Pikeni fırıldaqçı da adlandırıb.

Bütün hərəkəti lentə almağı bacaran paparassilərin qarşısında utancaq şəkildə başlarını aşağı salan məşhurlar dərhal restoranı tərk etməli olublar.

Qeyd edək ki, Şakira 2022-ci ilin iyununda Pikenin xəyanətlərini öyrəndikdən sonra idmançını tərk edib.

Ağasəf Babayev