Qaz istifadəsi azaldı - Aİ

22 Fevral 2023 13:05 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ölkələrinin ümumi təbii qaz istehlakı 2022-ci ilin avqust-2023-cü ilin yanvar ayları arasında əvvəlki illərin eyni dövründəki orta göstəricidən 19,3 faiz aşağı düşüb. SİA xəbər verir ki, Avropa Statistika İdarəsi Aİ-yə üzv ölkələrin təbii qaz istehlakı ilə bağlı ən son məlumatları paylaşıb. Məlumata görə, Aİ-nin avqust-yanvar dövründə təbii qaz istehlakı 2017-2022-ci illərin eyni dövrünün orta qaz istehlakından 19,3 faiz aşağı olub. Bu dövrdə 23 AB üzv ölkəsinin təbii qaz istehlakı əvvəlki 6 ilin ortalamasının altında qaldı.
İstehlakı ən çox azaldan Finlandiya olub. Bundan əlavə, Aİ-yə üzv olan 21 ölkədə təbii qaz istehlakı 15 faizdən çox azalıb. Qaz istehlakının ən çox azaldığı Aİ ölkələri 57,3 faizlə Finlandiya, 47,9 faizlə Litva və yüzdə 40,2 ilə İsveç olub. İrlandiya, İspaniya və Sloveniyada qaz istehlakında azalma 15 faizlik hədəfə çata bilməyib.
Digər tərəfdən, təbii qaz istehlakı Malta və Slovakiyada artıb. Enerji böhranı səbəbiylə Aİ ölkələri təbii qaz istehlakını 2022-ci ilin avqustundan 2023-cü ilin martına qədər əvvəlki 5 ilin orta göstəricisindən 15 faiz aşağı azaltmağı hədəfləyib.