Balakən polis şöbəsində yeni təyinat olub

22 Fevral 2023 11:20 (UTC+04:00)

Balakən Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat bölməsinə yeni rəis təyin edilib.

SİA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ruslan Əsədov təyin olunub.

O, bu təyinata qədər Naftalan RPŞ-də təhqiqatçı vəzifəsində çalışıb.