Adanada 150 məscid söküləcək

22 Fevral 2023 11:16 (UTC+04:00)

Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində şəhərdəki 13 binada 418 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ciddi ziyan gördüyü müəyyən edilən 70 bina üçün söküntü qərarı verilib. Şəhərdəki 1474 məsciddə yoxlanış işləri aparılıb. Səlahiyyətlilər 150 məscid minarəsinin ciddi şəkildə zədələndiyini müəyyən ediblər. Məscidin ətrafında təhlükəsizlik tədbirləri alan qruplar nəzarətli söküntü prosesinə başlayıb.