Acun Ilıcalının keçmiş həyat yoldaşı, məşhur influenser Şeyma Subaşının lüks həyatı ilə bağlı paylaşımları ikrah doğurub. SİA xəbər verir ki, məşhur aktrisa Gizem Karaca Şeymanın bu hərəkətini pisləyib, həmçinin zəlzələ qurbanlarının diqqət və qayğıya ehtiyacı olduğunu vurğulayıb.
"Ora-buranızı göstərməsəniz olmaz, çox çətindir? Normallaşma ilə bağlı bu qədər mənasız, bu qədər rahat hekayələr paylaşa bilməzsiniz. Bu qədər asan ola bilməz. Kimlər nələr yaşayır, həyatlarını təkrar qurmağa çalışırlar. Necə böyük yaraları sarmağa çalışırlar. Bir müddət buranı onlar üçün səmərəli istifadə etsək, olmaz?", - aktrisa sosial mediada qeyd edərək Şeymana ismarış yollayıb.