Braziliyada altı santimetrlik quyruğu dəri ilə örtülmüş yeni körpə doğulub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təəccüblənən həkimlər dərhal prosesi aradan qaldırıblar.
Belə bir “quyruqda” əzələlər, qan damarları və sinir ucları olur, burada sümüklər olmur.
San Paolo Uşaq Xəstəxanasının həkimləri hesab edirlər ki, “quyruq” onurğa və çanaq sümüklərini birləşdirən lumbosakral nahiyədən yuxarıya doğru böyüməyə başlayıb. Tibbi hesabatda qüsur “yalançı insan quyruğu” adlandırılır. Qeyd edək ki, prosesin şəkilləri “Medical Journal of Pediatric Surgery” jurnalında dərc olunub.
Qeyd edək ki, “quyruq”la doğulma tibdə ilk hadisə deyil. Belə ki, bir müddət bundan əvvəl Meksikada da belə bir hal yaşanmışdı. Belə ki, həmən “quyruq” uşaq iki aylıq olanda çıxarıldı. Qeyd edək ki, burada da “quyruq” yumşaq toxumalardan ibarət idi və içərisində arteriyalar, damarlar və sinir ucları var idi.
Nazlı Almuradova