22-24 fevral tarixlərində cüdo üzrə 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Bu barədə SİA-ya ACF-dən məlumat verilib. Yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Birinciliyin fərdi yarışları 22-23 fevralda, komanda yarışları isə 24 fevralda baş tutacaq.
Yarış hər gün saat 09:00-da başlayacaq. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Məkan: Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzi