“Aqrar məhsulların istehsalının artırılması prioritet məsələdir. Nəzərə alsaq ki, ölkədə kənd təsərrüfatı məhsullarının genişləndirilməsi ərzaq təhlükəsizliyi baxımından vacib bir amildir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı-ekspert qeyd edib ki, məqsəd ərzaq təhlükəsizliyinə nail olmaq, idxalın minimullaşdırılması və daha çox tələbin yerli istehsal hesbına ödənilməsini reallaşdırmaqdır: “Bu konteksdə son illər kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən siyasət həm də aqrar məshulların istehsalının genişləndirilməsinə gətirib çıxardır. Bu baxımdan kənd məhsullarının artırılması bir mənalı şəkildə ərzaq məhsullarının təhlükəsizliyi baxımından vacib hədəflərdəndir. Gözlənilir ki, biz qarşıdan gələn dövrlərdə də aqrar məhsullarının istehsalında artımı müşahidə edəcəyik. Həmçinin tələbin daha çox yerli istehsal hesabına ödənilməsi prioritet məsələ kimi qüvvədə qalmaqdadır”.