“Ramiz Novruzla eyni serialda oynamışıq və şəxsi həyatda orada tanış olmuşuq. O, 90 bölüm atam rolunu oynamışdı”. SİA xəbər verir ki, bu sözləri Ramiz Novruzun evində azərbaycanlı rejissor, şair Kənan MM deyib.
O, sözlərinə belə davam edib: “Bayaq telefonda şəkillərə baxıram ki, qucaqlaşdığımız şəkillərimiz var. Həqiqətən də elə bil ki bir ata oğlunu qucaqlayıb.
Yəni, nə yaxşı ki tanımışıq, nə yaxşı ki mədəniyyətimizdə iz qoyub və ustadımız olubdur.
O yaşda duruşu, xarizması… Belə bir xüsusiyyəti var idi ki, (hamıya şamil etmirəm, istisnalar var). Cavan çıxan aktyorları bəzən yaşlı nəsil aktyorları qınayır, bu insan ancaq dəstək olurdu. Allah rəhmət eləsin”.
Ayşən Vəli