Basketbol üzrə Azərbaycan Kubokunda qruplar müəyyənləşdi

21 Fevral 2023 11:44 (UTC+04:00)

21 fevral tarixində Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutdu. 21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

A qrupu: "Sabah BK", "AAAF Xırdalan BK", "Sərhədçi PİK", "Gəncə BK"
B qrupu: "NTD BK", "Zirvə Astara BK", "Neftçi İK", "Olimpik Şəki BK"

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.