Aktrisa kirayə qiymətlərinin yüksək olmasından narahatdır

21 Fevral 2023 10:35 (UTC+04:00)

Türk aktrisa Hande Doğandemir Türkiyədə kirayə qiymətlərinin yüksək olmasından narahatdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, tvitter hesabında post paylaşaraq vəziyyətin acınacaqlı olduğunu vurğulayıb: “Bu vəziyyətə heç kəs səs çıxarmır. Bu, necə normal hal oldu? Başa düşmürəm! Bu qədər kirayə pulunu verən varmı? Necə bu nöqtəyə gəldik. Sonu necə olacaq? İnanılmaz bir vəziyyətdəyik. Buna kimsə “stop” deyəcək?”.