Fiziologiya İnstitutunda Türkiyə üçün yardım kampaniyası davam edir

20 Fevral 2023 18:33 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Türkiyə üçün yardım kampaniyasını davam etdirir.

SİA-nın əldə etdiyi məlumata görə, institutdan bildirilib ki, əməkdaşlar Azərbaycan Beynəlxalq Bankı vasitəsilə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım və zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) rəsmi fonduna ianə ediblər.