Ekoaksiya barədə PAYTAXT SAKİNLƏRİ NƏ DÜŞÜNÜR? - SORĞU

20 Fevral 2023 17:01 (UTC+04:00)

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 71 gündür davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq eko fəallarımız əzimkarlıqla aksiyada iştirak edirlər. Bəs gəlin görək paytaxt sakinləri eko aksiya ilə bağlı nə düşünür? Mövzu ilə əlaqədar olaraq SİA şəhər skainlər arasında sorğu keçirib.

Şəhər sakini Gülyaz Süleymanlı: “Şuşada ekoaksiyaların keçirilməsi Azərbaycan xalqının necə güclü bir xalq olduğunun növbəti nümunəsidir. Azərbaycanın həyata keçirdiyi bu eko-aksiya dinc bir şəkildə həyata keçirilir. Bu da ölkəmizin bu məsələni müharibə yolu ilə yox, sülh yolu ilə həll etmək istəməsinin bariz nümunəsidir. Düşünürəm ki, Şuşada keçirilən ekoaksiyalar lehimizə nəticələnəcək. Gənc nəsil bu aksiyada iştirak edərək öz haqlarını tələb edirlər. Ekoaksiyalar müsbət nəticələnəcək”.

Şəhər sakini Aytən Babayeva: “Bir gənc olaraq ekofəallarımızın hava şəraitindən asılı olmayaraq haqlı aksiyanı davam etdirmələrindən çox qürur duyuram. Gənclər Azərbaycanın gələcəyidir və ekofəallarımız da bunun əyani sübutudur. Gec-tez bütün dünya haqlı səsimizi duyacaq və istəklərimizə nail olacağıq”.

Şəhər sakini Elşən Ağalı: “Allah bütün əsgərlərimizi qorusun. Onlar daima heç bir hava şəraitinə baxmayaraq bizim daima keşiyimizdə dayanırlar. Mən bütün gənclərimizə uğurlar arzu edirəm. Onlar bizim gələcəyimizdirlər. Mən bilirəm ki, bu məsələdə də biz haqqımız olanı əldə edəcəyik”.

Şəhər sakini Afaq Əzimova: “Aksiyanı müsbət dəyərləndirirəm. Düşünürəm ki, dünya bu haqsızlığa susmayacaq. Ekofəallar da istəklərinə çatmayana qədər oradan ayrılmayacaqlar. Ermənilərin terrorçu əməllərinə birdəfəlik son qoymaq lazımdır”.

Şəhər sakini Qurban Əzizli: “Mən bir mənalı olaraq azərbaycanlı gənclərin həyata keçirtdikləri aksiyaları dəstəkləyirəm. Onlar bu addımla öz haqlarını istəyirlər. Dünya birliyi bu ədalətsizliyin qarşısında susmamalıdır”.

Şəhər sakini Arzu Vəliyeva: “Eko aksiaya artıq uzun müddətdir ki, davam edir. Düşünürəm ki, gənclərimizin torpaqlarımız uğrunda göstərdiyi b u əzimkarlıq, iradəlilik, fədkarlıq sadəcə qürurvericidir. Azərbaycan gənci artıq ayıq-sayıqdır. Onlar heçnədən qorxmurlar və öz torpaqlarından istifadə edənlərə qarşı möhtəşəm bir əzimkarlıq nümayiş etdirirlər”.