Ərdoğan zəlzələ ərazilərini ziyarət edib

20 Fevral 2023 15:14 (UTC+04:00)

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən vilayətləri ziyarət edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Kahramanmaraşa gedərək zəlzələ nəticəsində ən çox dağıntıların olduğu Hatay ərazisini ziyarət edib. Prezidentin bu ziyarətini MHP sədri Dövlət Baxçalı müşayiət edir.