Sel və sürüşmə nəticəsində 35 nəfər ölüb

20 Fevral 2023 12:22 (UTC+04:00)

Braziliyanın cənub-şərqində yağan leysan yağışlar San-Paulu ştatında daşqın və torpaq sürüşməsinə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın San-Paulu əyalətində leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşməsi fəlakəti nəticəsində 35 nəfər ölüb. Dünyaca məşhur Rio Karnavalı fəlakət səbəbilə ləğv edilib. Baş vermiş hadisəyə görə şəhərə xilasetmə qrupları daxil ola bilmir.

Nurcan İsmayılova