Hatayda virus yayılıb?

20 Fevral 2023 11:03 (UTC+04:00)

Türkiyəni silkələyən Kahramanmaraşda baş verən böyük zəlzələ nəticəsində 41 mindən çox insan həyatını itirib. SİA xarici mətbuata istindən xəbər verir ki, zəlzələdən ən çox zərər çəkən və yüzlərlə binanın dağıldığı Hatayda dağıntıların təmizlənməsi işləri davam edir. Bununla yanaşı, yoluxucu xəstəliklərə qarşı da tədbirlər görülüb. Bu çərçivədə Gölcük Bələdiyyəsinin bölgəyə məsul olan 248 personalı çadır şəhərciklərdə dezinfeksiya işləri aparır. Gebze Bələdiyyəsinin 200 personalı ətrafı təmizləyir.