Demet Özdemirdən yardımsevər addım

20 Fevral 2023 10:49 (UTC+04:00)

Türkiyəli aktrisa Demet Özdemir ad günündə də zəlzələ qurbanlarını unutmadı. SİA xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı tamam olan aktrisa "instaqram" hesabında öz izləyicilərinə müraciət edib. Belə ki, öz ad gününün olduğunu qeyd edən məşhur sima hədiyyə olaraq zəlzələdən zərər çəkən insanlar üçün çadır istəyib: "Bu mənim üçün ən gözəl ad günü hədiyyəsi olacaq"- deyə o qeyd edib.

Nurcan İsmayılova