Ermənistanda hərbçilərin valideynləri aksiya keçirir

20 Fevral 2023 10:44 (UTC+04:00)

Ermənistanın Azat kəndindəki hərbi hissədəki yanğın nəticəsində həlak olan hərbçilərin valideynləri hökumət binası qarşısında etiraz aksiyası keçirir. SİA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Valideynlərin tələbləri hələ ki, məlum deyil.

Qeyd edək ki, yanvarın 19-da Azat kəndindəki hərbi hissədə yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.