“Mercedes”in xalis mənfəəti 34 faiz artıb

20 Fevral 2023 10:27 (UTC+04:00)

Alman avtomobil istehsalçısı olan “Mercedes-Benz” 2022-ci il üçün maliyyə nəticələrini paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Mercedes-Benz”in xalis mənfəəti keçən il qiymət artımı hesabına 34 faiz artaraq 14,8 milyard avroya çatıb. Şirkətdən verilən məlumata görə, şirkət ötən il gəlirlərini əvvəlki ilə nisbətən 12 faiz artıraraq 150 milyard avroya çatdıra bilib.

Nurcan İsmayılova