Günel Zeynalova yeni klipində gəlin libası geyinəcəyini açıqlayıb

20 Fevral 2023 10:24 (UTC+04:00)

Müğənni Günel Zeynalova yeni klipində gəlin libası geyinəcəyini açıqlayıb. SİA xəbər verir ki, bu barədə o, “Xəbər ətər” verilişinə danışıb.

“Gəlinlik geyinəcəyəm. “Sultan”dan sonra başqa bir mahnı olacaq, ondan sonra yenisini təqdim edəcəm. Onun ardınca da bir klipimiz olacaq, orada gəlinlik geyinəcəyəm”, - deyə, Günel bildirib.