"Mavi nişan" pullu olacaq

20 Fevral 2023 02:11 (UTC+04:00)

"Meta" "Instagram" və "Facebook" üçün "Meta Verified" adlı yeni ödənişli abunə xidmətini istifadəyə verir. Şirkət bununla da istifadəçilərə "təsdiq işarəsi"ni təqdim edəcək. SİA xəbər verir ki, bu barədə "Meta"nın yaradıcısı Mark Zukerberq "Facebook" paylaşımında qeyd edib.

"Bu həftə biz "Meta Verified" abunə xidmətini təqdim etməyə başlayırıq ki, o, hesabınızı şəxsiyyət vəsiqəsi ilə təsdiqləməyə, "mavi nişan" əldə etməyə, sizi təqlid edən hesablara qarşı əlavə qoruma və dəstəyə birbaşa çıxış əldə etməyə imkan verir", - o yazıb.

Zukerberq qeyd edib ki, yeni funksiya bütün xidmətlərin orijinallığını və təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

O qeyd edib ki, "Meta Verified" veb versiyası üçün ayda 11,99 dollar, iOS üçün isə 14,99 dollardır.

"Meta Verified" Avstraliya və Yeni Zelandiyada gələn həftə, digər ölkələr isə tezliklə aktiv olacaq.