Rusiya şou-biznesinin nadir cütlüyü, 20 ildir evli olan müğənni Valeriya və prodüser İosif Priqojindir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu günlərdə rus saytlarından birinə açıqlama verən Priqojin zamana baxmayaraq sönməyən hisslərindən danışıb. Beləliklə, rusiyalı prodüser münasibətlərində arvadını qəribə də olsa, oksigen yastığı ilə müqayisə edib.
“Birlikdə qastrol səfərinə getməyə başladıq və başa düşdüm ki, Valeriyasız nəfəs ala və yaşaya bilməyəcəm. O, mənim üçün oksigen yastığı oldu... Sevgilimin gəlişi ilə məndə çox şey dəyişdi. Mənim üçün Allah sevgidə təzahür edir! 20 ildir bir yerdəyik, amma sanki dünən rastlaşmışıq”.
Bunu emosiyalarını gizlətməyən Priqojin bildirib.
Qeyd edək ki, Priqojin ilk görüşlərinin və münasibətlərin başlanğıcının nə qədər çətin olduğundan da danışıb.
“Biz görüşəndə Valeriya çətin vəziyyətdə üç uşaqla tək idi, sağ qalmağı öyrənməli idi. Buna görə də, münasibətlərimizin əvvəlində bir çox inamsızlıq var idi”-deyən Priqojin, əvvəlki evliliklərində əziyyət çəkən Valeriya üçün etibarlı dəstək olduğunu bildirib.
Nazlı Almuradova