Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva ad gününü Tanzaniyada keçirib. SİA xəbər verir ki, o gəzintidən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
O, şəkillərinə "Əlimizdə olan hər şey indidir. Əlimizdə olan hər anın qədrini bilməliyik. Bu gün mənim doğulduğum gündür. Ad günü arzularınız üçün hamınıza təşəkkür edirəm. Bu əziyyəti çəkən hər kəsə sevgi göndərirəm. Belə gözəl ad günü təşkil etdiyiniz üçün təşəkkürlər" sözlərini yazıb.