Tünzalə Ağayeva geyimi ilə diqqət çəkdi

19 Fevral 2023 01:17 (UTC+04:00)

Tanınmış müğənni, Xalq artisti Tünzalə Ağayeva bu dəfə də geyimi ilə diqqəti üzərinə çəkməyi bacarıb. SİA xəbər verir ki, sənətçi uzun dərin yarıqlı libası ilə poza verib.

Sosial şəbəkə istifadəçiləri bu dəfə Xalq artistini tərif yağışına tutublar. Yazılan rəylərin əksəriyyətində onu “nazlı ceyran”a bənzədiblər.

Tənqidlərə gəlincə, bu dəfə hədəf onun özü yox, stilisti olub.