Məşhurlar zəlzələdən zərərçəkənlərə yemək paylayıb

18 Fevral 2023 17:31 (UTC+04:00)

Episentri Kahramanmaraş olan və Türkiyənin daha 10 əyalətinə təsir edən iki böyük zəlzələdən sonra zəlzələ bölgələrinə yardım işləri davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir çox məşhur şəxslər zəlzələ bölgələrində xilasetmə işlərində iştirak edir. Xüsusilə serial və film sənayesində bir çox prodüser şirkətlər çəkilişlərini dayandıraraq texniki materiallarını zəlzələ bölgələrinə göndərirlər.

Fəlakət bölgəsindəki işlərə qatılan məşhurlar arasında aktrisa Gizem Karaca və Hazal Subaşı, müğənni Melek Mosso da iştirak edib. Onlar zəlzələdən zərərçəkmişlərə yemək paylayıb.