Əsrin fəlakətindən sonra Türkiyədə həmrəylik nümayiş olunarkən, digər tərəfdən fürsətçilər üzlərini göstərməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kahramanmaraş, Pazarcık və Elbistanda baş verən zəlzələlərdən sonra ağır immiqrasiya görən şəhərlərdən biri olan Ankarada bəzi ev sahibləri və daşınmaz əmlak agentləri kirayə haqqını artırıb.
Ankara Bütün Əmlakçılar Peşəkar Palatası sədri Hakan Akçam Ankarada yaşayan vətəndaşlar olaraq hədsiz qiymət artımını aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini ifadə edərək, “Bununla bağlı müxtəlif layihələr hazırladıq. Zəlzələnin ilk günündən etibarən, vətəndaşlarımızın ev tapma nöqtəsindəki sığınacaq ehtiyacları və ya qida və geyim yardımları ilə bağlı çox ciddi araşdırmalar aparmışıq" deyə bildirib.