Təmir işləri səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub - BNA

18 Fevral 2023 12:01 (UTC+04:00)

Azərbaycan prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar İstiqlaliyyət, Şeyx Şamil, Bünyad Sərdarov və Lermontov küçələrində avtomobillərin hərəkətinə müvəqqəti məhudiyyətlər qoyulub. Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, qoyulan məhdudiyyətlər səbəbindən 6, 10, 18, 31, 53, 65, 205 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar alternativ küçə və prospektlərdən istifadə edirlər.