Sabah magistraturaya qəbul imtahanı təşkil ediləcək

18 Fevral 2023 10:31 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 19-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək. DİM-dən SİA-ya bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.