Azərbaycanlı müğənni türk fenomenlə bağlı paylaşım edib - FOTO

18 Fevral 2023 06:55 (UTC+04:00)

Azərbaycanlı müğənni Günel Zeynalova zəlzələdə həlak olan türk fenomen Taha Duymazla bağlı paylaşım edib. SİA xəbər verir ki, bu barədə o, "Instagram" hesabında status paylaşıb.

Sənətçi həm də Tahanın axtarışları zamanı yanlış məlumatlar yayan yaxınlarına da söz atıb: “Sənə Allah rəhmət etsin, qardaşım. Sənin adından istifadə etməyə çalışıb səhv fikir formalaşdıran qohumlarının da günahlarını bağışlasın”.