“Dünya ulduzları uşaqlar üçün” adlı konsert keçiriləcək

18 Fevral 2023 03:27 (UTC+04:00)

Fevralın 20-də Rustaveli Milli Teatrının böyük konsert zalında “Dünya ulduzları uşaqlar üçün” adlı konsert keçiriləcək. SİA xəbər verir ki, Gürcüstan Katolikos-Patriarxı II İlyanın 90 illik yubileyinə həsr olunan konsertdən toplanacaq vəsaitin Türkiyədə zəlzələdən əziyyət çəkən uşaqlara humanitar yardım olaraq göndərilməsi nəzərdə tutulub.

Gecənin xüsusi qonağı Tokiodakı Santori Hall Müəllimlər Akademiyasının rəhbəri, Arena di Veronanın dirijoru maestro Cüzeppe Sabatini olacaq.

Maestro Svimon Canqulaşvilinin rəhbərlik etdiyi “Müqəddəs Üçlük” Kafedralının Patriarxal xoru, Ömər Burdulinin rəhbərlik etdiyi Tbilisi Qadın xoru, maestro Nika Nikvaşvilinin rəhbərlik etdiyi Tbilisi Opera Simfonik Orkestri də konsertə iştirak edəcək.

Həmçinin məşhur soprano Sumi Co, dünya şöhrətli bariton Gia Qoqnidze, Lado Ataneli (bariton), Otar Georgikia (dünya şöhrətli tenor) və mezzo soprano Nino Surquladze çıxış edəcəklər.

Konsertdə Gürcüstanın katolikos-patriarxı II İliyanın bəstələri səsləndiriləcək.