Taha Duymazla bağlı yeni faktlar üzə çıxıb

17 Fevral 2023 17:20 (UTC+04:00)

Dağıntılar altında həlak olan fenomen Taha Duymazla bağlı yeni faktlar üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun müğənni dostu Raqıp Narin paylaşım edib.

O bildirib ki, zəlzələdən əvvəl Taha bacısının evində olub: “Bacısıgildəymiş. Amma digər bacısı onu çağırıb. Onun da ad günü imiş. Tahanın yeznəsi bu vaxtı getmə deyib. Taha isə ürəyinin sıxıldığını və bacı-qardaşının yanına getmək istədiyini bildirib. Xilasedicilər binanın Hatayın ən riskli 3 dağıntısından biri olduğunu deyib. Birinci mərtəbə olduğu üçün bibisi həmişə qapını 3 dəfə klidləyirmiş. Bunlar təsadüfdür, yoxsa bəzi şeylər çoxdan yazılıb?”.